Search

Axtarış


IX sinif şagirdləri Aylin Süleymanova və Nurəddin Sadıqov Prof. M. Ə. Ramazanov və Dosent İ. S. Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş tədqiqat layihəsi Qızıl Medala layiq görülmüş

07/06/2016
IX sinif şagirdləri Aylin Süleymanova və Nurəddin Sadıqov Prof. M. Ə. Ramazanov və Dosent İ. S. Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş tədqiqat layihəsi Qızıl Medala layiq görülmüş

Nobel mükafatı laureatı Con Polani Nanoaraşdırmalar mərkəzində mühazirə oxuyub

07/03/2016
Nobel mükafatı laureatı Con Polani Nanoaraşdırmalar mərkəzində mühazirə oxuyub        

17 dekabr 2015-ci il tarixdə BDU-nun Fizika fakültəsində FİZİKANIN AKTUAL PROBLEMLƏRİ VIII RESPUBLİKA ELMİ KONFRANSI keçirilib

18/12/2015
17 dekabr 2015-ci il tarixdə BDU-nun Fizika fakültəsində FİZİKANIN AKTUAL PROBLEMLƏRİ VIII RESPUBLİKA ELMİ KONFRANSI keçirilib          

Ekonano layihə iştirakçılarının növbəti toplantısı keçirilib

05/11/2014

Bakı Dövlət Universiteti Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras Universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, AzEcolab monitoring mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir. Layihənin əsas məqsədi "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik" ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycanın Universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilmiş və onlara xüsusi proqram əsasında Layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyurlar. BDU-da təşkil olunmuş Nəzəri və laborator kurslarını bitirdikdən sonta onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün 3 ay layihə çərçivəsində İtaliya, Fransa və Yunanıstan Universitetlərində ezam olunacaqlar. Noyabr ayının 5-7 tarixlərində BDU-da ECONANO layihə iştirakçılarıın növbəti toplantısı keçirilmişdir. Toplantıda Avropa Universitetlərində 9 nəfər professor və mütəxəssis, Azərbaycan tərəfindən bu layihədə iştirak edən ali məktəblərin alimləri iştirak edirlər. Toplantının açılş mərasimində BDU-nun rektoru akad. Abel Məhərrəmov layihə iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycanın klassik universiteti olan BDU-da hal-hazırda onlarla bu cür layihə və proqramlar yerinə yetirilir.Universitet bu cür layihələrə xüsusi diqqətlə yanaşır və böyük əhəmiyyət verir. Bu layihə Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyasını göstərən an əsas işlərdən biridir. Layihənin İtaliyalı koordinatoru Luca de Palma rektora öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu işin uğurla yerinə yetirilməsinə şərait yaratdığınıza görə layihənin nəzəri hissəsi uğurla yerinə yetirilir. Eyni zamanda Luca de Palma layihənin Azərbaycan tərəfdən rəhbəri prof. Məhəmmədəli Ramazanova da bu işə xüsusi diqqət göstərdiyi üçün öz razılığını bildirdi. Sonra rektor tədbir iştirakçılarına öz razılığını bildirdi.

Bookmark and Share